Hər şey bir qığılcımla başlar ⚡

Hər şey bir qığılcımla başlar.Kimi üçün bu qığılcım yoluna işıq olub hər yeri  aydinladar,kimi üçün bir alov  olaraq hər şeyi mehv edər,kimi üçün isə sadəcə qığılcım olaraq da qalar…

Bəlkə də boşuna deməmisler”Həyat seçimlərlə doludur ve seçimlər bizim həyatımızı təyin edər” .Heyat bize hər zaman bir seçim sunar.İstər üzgün, istərsə də xoşbəxt anında. Önəmli olan doğru zamanda  doğru olani görmək və seçməkdir.Bu da işin ən çətin tərəfi olsa gərək.Bəzən elə anlar olur ki, hər şey üst-üstə gələr.O an sanki çıxılmaz bir yoldaymiş kimi hiss edərsən.Nə səsini duyan,nə dərdini bilən kimsə olmaz ətrafında.Sənin üçün doğru olan nədir? sualina cavab belə tapa bilməzsən.Həmin an hər şeyin qırıldığı ve eyni zamanda birləşdiyi nöqtədir.Bu  ,senin dönüş nöqtəndir.Hansi ki bu anda heyatin üçün önəmli qərarı verərsən.Bu qərar səni ya istədiyin , ya da ki istəmədiyin yerlərə aparar.Hər  zaman bir ümid vardır.Hər nə qədər çixilmaz yolda olsan belə.Etdiyin yanlışlar, yanlış seçimler səni həyatdan bezdirməməli əksinə həmin yanlışlardan nəticə cixarmali ve bu yanlışlar səni bir gun doğru yola götürəcəkdir.Həyat dediyin də belə yaşanmazmi? Bir halda ki,bu dünyaya gəlmişik ,bu həyati da  düşə qalxa yaşayaraq  öyrənərik  yaşamağı…..   Müəllim bu sözləri dedi ve dersi yekunlaşdırdı.

Bu yazıyı nasıl buldunuz?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Bir Yorum